Məryəm Üzərli bunları tələb edir

"OLAYLAR"ın türkiyə mediasına istinadən məlumatına görə, "Muhteşem Yüzyıl" serialında Hürrəm Sultan rolu ilə sevilən aktrisa Məryəm Üzərli Türkiyədə seriala hansı şərtlərlə çəkiləcəyini açıqlayıb. M.Üzərli ilk olaraq çəkiləcəyi serialda hər bölüm üçün 25 min türk lirəsinin verilməsini tələb edib. Türkiyə mediasında "Məryəm Üzərli qanunları" adlandırılan tələblərin 4 maddəsindən ən vacib olanları bunlardı:

Həftənin yalnız 4 günü işləyib digər 3 günü isə istirahət edəcəyəm

Bir sezonda ən çox 20 seriyaya çəkilə bilərəm

Gün ərzində 9 saat çalışa bilərəm

Çəkilişlər üçün İstanbuldan kənara getməyəcəyəm

Qeyd edək ki, illər öncə Türkiyənin sevilən aktrisası Türkan Şoray buna bənzər tələblər irəli sürərək çəkilişlər üçün İstanbuldan kənara çıxmayacağını, həftənin bir neçmə gününü istirahət edəcəyini demişdi. Müğənni Hülya Avşar da bu tələblərlə razılaşaraq Məryəm Üzərliyə dəstək olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31