Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının 90 illik yubileyi haqqında
Prezident Sərəncam verdi
7 Avqust 2013 15:05 MədəniyyətMədəniyyət və Turizm Nazirliyindən əldə edilən məlumata görə, Prezident İlham Əliyevin sərəncamına müvafiq olaraq "Azərbaycanfilm" kinostudiyasının 90 illiyi münasibəti ilə tədbirlər planı hazırlanacaq. Bundan başqa sərəncamda Azərbaycan Respublikasının Nazirlər Kabinetinə əsas məsələləri həll etmək tapşırılıb. Qeyd edək ki, ötən müddət ərzində "Azərbaycanfilm" kinostudiyası zəngin inkişaf yolu keçib. Kinostudiyada çəkilən və sənətkarlıq baxımından yüksək bədii keyfiyyəti ilə seçilib indi də böyük uğurla nümayiş etdirilən filmlər Azərbaycan kinematoqrafiyasının parlaq səhifələrini təşkil edir. Xalqımızın qədim tarixi ənənələrə malik mədəni-mənəvi irsinin qorunub saxlanmasında, peşəkar milli kadrların hazırlanmasında kinostudiyanın fəaliyyəti təqdirəlayiqdi.