İbrahim Tatlısəs oğlunun yayılan videosundan əsəbləşdi
Müğənni İbrahim Tatlısəs sosial şəbəkədə oğlu İdonun yayılan videosundan əsəbləşib
7 Avqust 2013 14:36 Mədəniyyət. "OLAYLAR"ın Türkiyə mətbuatına istinadən məlumatına görə, müğənni oğlunun "Tvitter" sosial şəbəkəsində yayılan videosundan qəzəblənib. Xaricdə musiqi təhsili alan İdoya atası sosial şəbəkədən belə ismarıc yollayıb: "Nədir bu dostum? Gəncsən, başa düşdük. Amma bu hərəkətlər bizə yaraşmaz. Bir az daha ciddi ol. Dostlarının təsirinə düşsən biz yandıq". Bu mesajdan sonra təqibçilərində gülüş yaratdığının fərqinə varan müğənni daha sonra belə bir tvit paylaşıb: "İdo mənim oğlumdur, dostumdur, gənc dəliqanlıdır. Sevilən bir gəncdir, musiqiçidir, atasının balasıdır. Mən övladlarımdan razıyam".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31