Azərbaycan Macarıstanda keçiriləcək festivalda təmsil olunacaq

Macarıstanın Döndöş şəhərində dünyanın bir çox ölkəsindən olan nümayəndə heyətlərinin iştirakı ilə Folklor Festivalı keçiriləcək.  Dağlıq Qarabağın Azərbaycan İcmasından "OLAYLAR"-a verilən məlumata görə, festivalda iştirak etmək məqsədilə Şuşa rayonunu təmsil edən geniş nümayəndə heyəti bu ölkəyə səfər edib.  Festivala Azərbaycan, Çin, Braziliya, Kolumbiya, Fransa, Yunanıstan, İordaniya, Ukrayna, Macarıstan vəİspaniyanın rəqs qrupları dəvət edilib. Nümayəndə heyətinin tərkibinə Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcmasının İdarə Heyətinin sədri Bayram Səfərov da daxildir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31