Məşhur müğənni quyruqlu doğulduğunu açıqlayıb

Dünyada nadir olaraq görülən xəstəlikdən müğənni Keşanın da əziyyət çəkdiyi ortaya çıxıb

Məşhur müğənni Keşanın quyruqlu doğulduğu məlum olub. ANS PRESS-in xarici mətbuata istinadən verdiyi məlumata görə, dünyada nadir olaraq görülən bu xəstəlikdən müğənni, repçi Keşanın da bir vaxtlar əziyyət çəkdiyi ortaya çıxıb.
Bunu müğənni özü etiraf edib: "Quyruqlu doğuldum, amma onlarla əməliyyatdan sonra ondan qurtuldum. Bu səbəbdən uşaqlığım kabus kimi keçib". Keşa quyruğundan 12 yaşında olarkən əməliyyatla xilas olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31