Azərbaycanlı modelyer norveçliləri geyindirir
6 Avqust 2013 13:20 MədəniyyətGüney Azərbaycandan olan modelyer Şervin Nəcəfpur, Norveçi Dünya Gözəli festivalında təmsil edəcək İda Myhrvolda final geyimi hazırlayır. Aylar öncə start verilən layihə üçün geyim hazırlayan modelyer hazırda İstanbulda son tamamlanma işlərini görür. Layihə haqqında "OLAYLAR"a məlumat verən Şervin bunları söyləyib: "İda Myhrvoldla iş görmək çox zövqvericidir, çünkü səmimi qızdir. Ümid edirəm ki Norveçi Dünya Gözəl yarışmasında layiqincə təmsil edə biləcək. Sentabrın 28-i Norveç Dünya Gözəli yarışmasının final gecəsində geyimini hazırladığım xanım qalib olarsa mən də mükafatlanacağam. Final gecəsinə gədər məşhur fotografçı Rolf-Orjan Hoqset fotossesiyamızı təşkil edəcək. Yarışma bitdikdən sonra Norveçin məşur dərgisi üçün ayrıca fotosessiya da təşkil ediləcək ".
Qeyd edəki azəri qızının hazırladığı geyimlər Sentyabrın 28-də Norveç Dünya Gözəli final gecəsində ilk dəfə tamaşaçılara nümayiş etdiriləcək.