Aqil M. Quliyev ad gününü qeyd etməyəcək
5 Avqust 2013 20:06 MədəniyyətShow.az bildirir ki, bu gün 41 yaşı tamam olan Aqil M. Quliyev özünə ad günü keçirməyəcək. Bunun səbəbini soruşduqda isə bildirdi ki, "bu gün ailəmlə bir yerdə olacam. Yubileyim olmadığı üçün ad günümü keçirməyə bir səbəb görmürəm".
--------
Milli.Az show.az-a istinadən bildirir ki, bu gün rejissor Aqil M.Quliyev ad gününü qeyd edir. 1972-ci il avqust ayının 5-də dünyaya gələn rejissor Bakıda anadan olub.
153 nömrəli məktəbi bitirən Aqil "Azərbaycanfilm" kinostudiyasında rejissor köməkçisi vəzifəsindən karyerasını başlayıb.
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Bədii kino və televiziya rejissorluğu" fakültəsini bitirib (1990-1996). 1992-ci ildən aktyor kimi müxtəlif filmlərdə çəkilib.
2007-ci ildən "AQİL M.FİLM" şirkətinin təsisçisi və bədii rəhbəri olan rejissor bu gün 41-ci ad gününü qeyd edir.