Məşhur amerikalı rəssam Heydər Əliyev Mərkəzində
5 Avqust 2013 19:51 MədəniyyətMəşhur amerikalı rəssam Endi Vorholun Heydər Əliyev Mərkəzində keçirilən "Həyat, ölüm və gözəllik" sərgisində avqustun 6-da açıq gün elan edilib. "OLAYLAR"-ın mərkəzə istinadən verdiyi xəbərə görə, rəssamın 85 illik yubileyi münasibəti ilə elan edilən açıq gündə bütün ziyarətçilər üçün sərgiyə giriş sərbəst olacaq. Qeyd edək ki, Heydər Əliyev Mərkəzində Endi Vorholun "Həyat, ölüm və gözəllik" sərgisinin rəsmi açılış mərasimi iyunun 21-də keçirilib. Sərgidə XX əsrin pop-art sənətinin məşhur simasının 100-dən çox əsəri, kiçik filmləri nümayiş olunur. Azərbaycanda ilk dəfə keçirilən bu sərgi yerli sakinlər və turistlər arasında böyük maraqla qarşılanır. Bu günədək 2000-dən çox ziyarətçi Endi Vorholun müxtəlif illərdə çəkdiyi dünya şöhrətli əsərləri ilə tanış olmaq imkanı əldə edib. Sərgi sebtyabrın 8-dək davam edəcək.