Ardanın sevgilisi ayrılıq xəbərini təsdiqlədi
5 Avqust 2013 19:38 Mədəniyyət"OLAYLAR"ın Türkiyə mətbuatına istinadən məlumatına görə, uzun müddətdir ki, Türkiyə mediasında Atletiko Madridli futbolçu Arda Turanla aktrisa Sinem Kobalının ayrılmaları haqda söz-söhbət gəzir. Bir müddət öncə Arda Turanın, ötən gün isə Sinem Kobalının məkanların birində üzüksüz görüntülənməsi yayılan xəbərləri təsdiqləyib. Kobalı ayrılma xəbəri haqda yayılan məlumatların nə qədər həqiqətə uyğun olub-olmamasını öyrənmək üçün jurnalistlərin verdiyi sualları cavabsız buraxmaqla da məlumatın yanlış olmadığını təsdiqlədi. Bu vaxtadək bir neçə dəfə toylarının tarixini təxirə salan cütlüyün nədən ayrılması isə hələ ki bəlli deyil.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31