Avropalı Sultan Röyaya nə sürpriz edəcək?
5 Avqust 2013 19:32 MədəniyyətProdüsser Sultan Mustafayev ən son yeniliklər haqda "OLAYLAR"a danışdı: " "Sultan Production"-nun yaranmasının beş ili əlaqədar sentyabrda Bakıda qala konsert olacaq. Konsert çərçivəsində beş il ərzində fəaliyyət göstərdiyim müğənnilərə nominasiya təqdim ediləcək. Qala konsertdə İlhamə Quliyeva, Röya və digər tanınmışlar da iştirak edəcək". Prodakşının beş yaşını təntənəli şəkildə keçritməyi düşündüyünü deyən S.Mustafayev konsert üçün yalnız dəvətnamələrin ayrılacağını vurğulayıb: "Bilet satışı olmayacaq. Qonaqlarımıza dəvətnamələr veriləcək". onsertin təşkil olunacağı məkana gəldikdə isə Sultan keçiriləcək məkanın hələ də dəqiqləşmədiyini söylədi: "Beş illik yubleyimizi Heydər Əliyev adına Respublika Sarayında keçirməyi düşünürük. Amma hələ ki bir çox səbəblərə görə razılıq əldə etməmişik. Ola bilər ki, başqa məkan seçək". Payız aylarında bir çox xarici ölkələrdə də qala konsertlər təşkil etməyi düşündüyünü deyən prodüsser müğənnilik fəaliyyəti haqda da danışıb: "Bildiyiniz kimi artıq bir ildən artıqdır ki, müğənni kimi də fəaliyyət göstərirəm. Buna görə Teymur Əmrahdan dərs də almışam. Artıq bu istiqamətdə də bir sıra yeniliklər etməyi düşünürəm. Türkiyədə yeni mahnılar üzərində çalışıram. 6 yeni mahnı da almışam. Hələ ki bu haqda o qədər də geniş məlumat vermək istəmirəm". Avropada reallşacaq daha bir uğurlu layihəsini hələlik ki sirr saxlayan S.Mustafayev Röyaya da sürpriz hazırlayır: "Bildiyiniz kimi dekabrın birində Röya Ayxanın Hollandiyada möhtəşəm konserti olub. Artıq həmin konsertin diski də hazırlanır. Yaxın günlərdə diskin təqdimatı olacaq. Əslində mən bu sürprizi Röyaya ad günündə təqdim etməyi düşünürdüm. Lakin bir sıra problemlər yarandığından təqdimat sentyabra qaldı. Ola bilər ki, bu video disk pulsuz satışa çıxarılsın".