Eldar Qasımov mələklərini tapdı VIDEO

Avroviziya təmsilçimiz Eldar Qasımov dünya ulduzları ilə bir leyblda çalışır

Eldar Qasımov, Ukrayna və Azərbaycan yaradıcı komandasının birgə məhsulu olan   "Angel" ("Mələklər") adlı yeni mahnısını  dinləyicilərə təqdim edib. Müğənni mahnı haqda təəsüratlarını "OLAYLAR"la bölüşüb: " Mahnının hələ hazırlanma mərhələsində  müəllif İqor  Şavrovla  danışığımda anladımkı o mənə axtardığımı verəcək. O mənim fikirlərimi düzgün formalaşdırdı. Düşünürəm ki gündəlik məişətdən uzaq olmaqla qəlbimizin qanadlarını  açıb səmaya qalxmaqla sevdiklərimizi mələk kimi qoruya  bilərik. Deyirlər ki mələklər bizim ətrafımızda gəzirlər. Düzdü, hamının  öz mələyinin olmasına da inanıram  var. Mənə elə gəlir ki bu mahnı çoxlarına doğma olacaq və hər kəs mahnıda özünə aid nəsə tapa biləcək". Layihənin  meneceri qismində çıxış edən Ömər Əbdülkərimovun  sözlərinə görə yaxın günlərdə mahnının klip çəkilişləri də nəzərdə tutulur. Mahnı İvan  Dorn, Aleksandr Ribak, Ani Lorak kimi tanınmış ulduzların çalışdığı məhşur leyblda hazırlanıb.
Qeyd edək ki mahnının müəllifi SoSmile layihəsindən  tanınmış  Dj İqor Şavrovdur. Onun mahnılarını Vera Brejneva, Timur Rodriqes, Dima Bilan, Yuliya Volkova, Dan Balan, İqor Burenko kimi məhşurlar ifa edib. 2012-ci ildə Ukraynanı "Eurovision"da  təmsil edən "Be my Guests" mahnısıda ona  məxsusdur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31