"Avatar"ın yeni hissələri də çəkiləcək VIDEO

Tanınmış rejissor Ceyms Kameronun daha bir "Avatar" filmi çəkəcəyi barədə şayiələr çoxdan dolaşırdı. Amma bu yaxınlardaı 20th Century Fox kino studiyası rəsmən bəyan edib ki, Pandora planetinin sakinləri yenidən tamaşaçıların qarşısına çıxacaq. Kameron daha üç "Avatar" çəkəcək.

Milli.Az xəbər verir ki, Kameron özü MTV telekanalına verdiyi müsahibəsində dördüncü "Avatar" haqqında fikirlərindən həvəslə danışıb.

"Düşünürəm ki, dördüncü film üçün artıq ideya var. Düzü, mən həmişə bir şey yazmamışam. Tamaşaçılar Pandoraya ilkin ekspedisiyalar haqqında bilməlidirlər. Navi xalqı ilə insanların ilkin münasibətləri haqqında məlumat lazımdır. Yeni dünyaya getmək necə idi? Nə düzgün edilmədi ki, belə alındı və s. Axı ilk filmdə biz birbaşa kolonizasiya prosesini görürük. Həmin vaxta kimi isə təxminən 35 il keçib", - rejissor əlavə edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31