Saib Təbrizinin anadilli şeirlərinin elmi-tənqidi mətni çapdan çıxıb

XVII əsrin böyük Azərbaycan şairi Saib Təbrizinin anadilli şeirlərinin elmi-tənqidi mətni çapdan çıxıb. Tədqiqatçı Məhəmmədəli Hüseyni mətni tərtib edərkən şairin əsərlərinin dünyanın müxtəlif kitabxanalarında saxlanan 4 nüsxəsindən istifadə edib.
Kitabın elmi redaktoru AMEA M.Füzuli adına Əlyazmalar İnstitutunun direktoru vəzifəsini icra edən, filologiya üzrə elmlər doktoru Paşa Kərimov yazdığı ön sözdə tənqidi mətnin Saib Təbrizinin anadilli şeirlərinin Bakı nəşrlərində gedən çoxsaylı səhvlərə son qoyacağını qeyd edib. ("OLAYLAR"İA)
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31