"Kurtlar vadisi" peşmançılığı: "Kaş ki..."

Tanınmış türk aktyor, "Çılğın Bediş", "Benim için ağlama" və "Melekler adası" seriallarındakı rollarından sonra populyarlaşan Cenk Torun indi peşman olduğunu söyləyib. Milli.Az AHT-yə istinadən bildirir ki, aktyor hərbi xidmətə yollanmazdan əvvəl "Kurtlar vadisi" serialından təklif aldığını deyib."O təklifi qəbul etmədim. Düşndüm ki, mafiya, polislər barədə serial çox çəkməz, məndən "mafiya adamı" olmaz. Halbuki həyatımın ən böyük xətasına yol verdim. Kaş ki, təklifi qəbul edəydim..." - aktyor deyib.Milli.Az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31