“Axınla üzü aşağı” bədii filminin çəkilişləri başa çatıb

Mədəniyyət və Turizm Nazirliyindən əldə etdiyimiz məlumata görə, nazirliyin sifarişi ilə Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında "Axınla üzü aşağı" bədii filminin çəkilişləri başa çatıb. Oktyabr ayında filmin premyerası keçiriləcək. Filmin ssenari müəllifi və quruluşçu rejissoru Asif Rüstəmov, quruluşçu operatoru Ayhan Salar, quruluşçu rəssamı Rafiz İsmayılov və icraçı prodüseri Nadir Əliyevdi. Ailə-məişət mövzusunda olan filmdə Namiq Ağayev, Mehriban Zəki və digər aktyorlar rol alıblar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31