Muzeyin eksponatlar kolleksiyası zənginləşir

Milli Azərbaycan Tarixi Muzeyinin Tarixi Əşyaların Fond-Satınalma komissiyası tərəfindən 2013-cü ilin 1-ci yarısı ərzində muzeyə 460-dan artıq material qəbul olunub

Milli Azərbaycan Tarix Muzeyindən əldə etdiyimiz məlumata görə,  ölkə tarixi və mədəniyyətinin müxtəlif səhifələrinin işıqlandıran bu yeni materiallar ayrı-ayrı vətəndaşlar, həmçinin xaricdə yaşayan həmvətənlərimiz, eləcə də bir sıra təşkilatlar tərəfindən təmənnasız, hədiyyə olaraq muzeyə bağışlanıb. Tədqiqatçılar, həm də geniş ictimaiyyətinin Muzeyin materialları ilə tanış olmasını asanlaşdırmaq, eksponatalar haqqında daha ətraflı məlumat toplamaq məqsədilə aparılan işlərdə müasir informasiya-texnologiya üsul və vasitələrinin tətbiqi də genişlənir. Belə ki, 2013-cü ilin 1-ci yarısı ərzində Muzeyin hədiyyələr və xatirə əşyaları fondunda 1530, Etnoqrafiya fondunda 1000, Sənədli mənbələr fondunda 950, Neqativ fondunda 900, Numizmatika fondunda 500, Arxeologiya fondunda 434, Silahlar və bayraqlar fondunda 370, Təsviri materiallar fondunda 70, Köməkçi tarixi fənn materialları fondunda 50 eksponatın elektron pasportu hazırlanıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31