Gəncədə yeni muzey fəaliyyətə başlayacaq

Gəncədə yeni muzey inşa edilib. AMEA İnformasiya Şöbəsinin məlumatına görə,  muzeydə arxeoloji qazıntılar zamanı tapılan qədim məişət əşyaları, tarixi sənədlər, miniatürlər, əlyazmalar və digər tarixi materiallar nümayiş etdiriləcək.

Muzey üçün artıq əşyaların toplanmasına başlanılıb. Bunun üçün Gəncə bölməsində xüsusi otaq ayrılıb. Toplanan eksponat və qədim əşyalar hələlik bu otaqda saxlanılır. Əşyalar içərisində çıraqlar, küplər, müxtəlif saxsı qablar, mis kasalar, gildən hazırlanmış səhənglər var. ("OLAYLAR"İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31