Məşhur müğənni bayramda 450 000 qazanacaq
Ebru Gündeş bu pul üçün 3 şəhərdə səhnəyə çıxacaq
1 Avqust 2013 11:03 MədəniyyətRamazan bayramının ən işgüzar şou-biznes nümayəndəsi Türkiyənin tanınmış müğənnisi Ebru Gündeş olacaq. Yerli mətbuatın xəbərinə görə, Gündəş bayramın 3 gününü 3 fərqli şəhərdə səhnəyə çıxacaq. Məlumata görə, İstanbul, Kipr və Antalyada səhnəyə çlıxacaq olan müğənni 3 konsertdən 450 000 lirə (183 500 manat) pul qazanacaq.Ebru Gündeşdən sonra siyahının ikinci pilləsində Sibel Can qərarlaşıb. Bayramda iki gün səhnəyə çıxmağı planlaşdıran Sibel Can 250 000 lirə (102 000 manat) qazanacaq.Üçüncü yerdə olan Demet Akalının bayram qazancı isə 2 konsertdən 180 000 lirə (73 400 manat) olacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31