Hazal Kaya iki sevgilisi arasında seçim edəcək
26 İyul 2013 16:03 Mədəniyyət"OLAYLAR"ın Türkiyə mətbuatına istinadən məlumatına görə, sevilən aktrisa Hazal Kaya sentyabrda ekranlarda yayımlanacaq serialda baş rolda oynayacaq. "A.Ş.K" adlı serialda "Azra" rolunu canlandıracaq aktrisanın tərəf müqabilləri isə aktyorlar Kaan Urqancıoğlu ilə Hakan Kürtaş olacaq. Serialın ssenarisinə görə baş rolda oynacayacaq Hazal Kayanın yaratdığı Azra obrazı Hakan Kürtaşın canlandırdığı Kərəm obrazı ilə sevgi macərası yaşayacaq. Daha sonra Azra Kaan Urqancıoğlunun canlandırdığı Can obrazı ilə sevgi macərası yaşayacaq. Beləcə baş rolda oynayacaq aktrisa serialın ssenarisinə görə iki seçim qarşısında qalacaq. Serialda Hazal Kaya ilə yanaşı digər sevilən aktrisaların da rol aldığı söylənilir. Ömür Atayın rejissoru olduğu serialın ssenari müəllifləri isə Serdar Soydanla Nurlan Evren Şitdir.