Zəlimxan Yaqubdan yeni kitab

Xalq şairi Zəlimxan Yaqubun 13 cildlik əsərləri külliyyatının sonuncu - 13-cü cildi bu günlərdə işıq üzü görüb. Çoxcildliyi tərtib edən və redaktoru Musa Nəbioğlu bildirib ki, ilk 7 cilddə şairin müxtəlif mövzularda şeirləri, VIII-XI cildlərdə 40 poeması, XII-XIII cildlərdə isə Zəlimxan Yaqubun görkəmli ictimai-siyasi və dövlət xadimlərinə müraciətləri, məktubları, rəsmi dövlət tədbirlərindəki çıxışları və müxtəlif kütləvi informasiya vasitələrinə verdiyi müsahibələr, görkəmli ədəbiyyat və sə­nət adam­la­rına açıq məktubları, onlar haqqında xati­rələri, ayrı-ayrı müəlliflərin kitablarına yazdığı ön söz və rəylər, ozan-aşıq sənəti ilə bağlı fikirləri və ictimai-siyasi həyatı­mı­zın digər sahələrinə həsr olunmuş ak­tu­al yazıları top­lan­mış­dır.

Çoxcildlik "Şərq-qərb" nəşriyyatında böyük zövqlə, nəfis tərtibatda  nəşr olunub.

 

 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31