Hürrəm Sultan sevgilisindən ayrıldı

Cütlüyün keçən ilin may ayında başlayan münasibətlərinin başa çatdığı deyilir

Türkiyənin "Möhtəşəm yüz il" serialı ilə məşhurluq qazanan aktrisa Məryəm Üzərli sevgilisi Can Atəşdən ayrılıb. ANS PRESS-in hürriyət-ə istinadən verdiyi məlumata görə, cütlüyün keçən ilin may ayında başlayan münasibətlərinin başa çatdığı, sevgililərin yollarının ayrıldığı deyilir.

İlk dəfə keçən il birlikdə görüntülənən sevgililərin ayrılması xəbərlərinin yayılmasına Can Atəşin sevgilisinin arxasınca Almaniyaya getməməsi səbəb olub. Deyilənlərə görə iki ay əvvəl "tükənmişlik sindromu" yaşayaraq serialı tərk edən Məryəm Üzərlini ziyarət etməyib və Türkiyədəki həyatını əvvəlki kimi davam etdirir.

Can Atəş keçən həftə oğlu Yigit ilə Çeşmədə dincəlib və bir neçə gün əvvəl isə İstanbul gecələrində kameralara tuş gəlib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31