Dünyanın bir əsr arxasında qaçdığı tarixi şəxslərdən biri: Firon Tutanxamon - ÖZƏL/FOTO

"Hər yerdə qızılın parıltısını görmək olurdu" - İngilis arxeoloqu Hovard Karter Tutanxamonun gözqamaşdırıcı, xəzinələrlə dolu məzarı haqqında ilk təəssüratını belə xatırlayır.

Olaylar.az xəbər verir ki, 26 noyabr 1922-ci ildə arxeoloq, üç minillik möhürlənmiş qapının ağzında kəsilmiş kiçik bir yarıq görmüş və araşdırma nəticəsində əzəmətli Tutanxamonun qəbrini kəşf etmişdir. 

Dövrün qaydaları fironun məzarının bütöv şəkildə və toxunulmadan Misirdə qalmasını diktə etsə də, xaricə inteqrasiya üçün əla fürsət olan bu hadisəni Misir höküməti əldən vermək istəməmiş və arxeoloji qazıntılar, araşdırmalar üçün qərbli alimlərə və arxeoloqlara icazə vermişdir.

Howard Carter inspects the coffin of Tutankhamun, 1925

Misirşünaslığın ən məşhur tapıntısı bərabərində çox qalmaqal da yaratmışdı.

Nümunə olaraq, arxeoloqlardan olan Lord Karnarvo 1923-cü müəmmalı şəkildə öldü. Güman edilir ki, o yoluxucu xəstəlik daşıyan ağcaqanad dişləməsi nəticəsində ölüb. Buna baxmayaraq, mediada bir çoxları bunu firon lənəti ilə əlaqələndirirdilər.

Sonrakı onillikdə öz komandası ilə məzardakı qiymətli xəzinələri açmaq səlahiyyəti karterlərdən birinə qaldı. O, inadkar, qeyri-diplomatik bir insan kimi tanınırdı və bu işi şəffaf şəkildə görməyəcəyi dəqiq idi.

İlk vaxtlardan onun oğurluğa cəhd etməsi ilə bağlı şayiələr yayıldı. Daha sonradan isə bu barədə çox dəqiq sübutlar ortaya çıxdı. Bir əsr boyunca bu kimi hallar təkrarlandı və "Tutanxamon lənəti" olduğuna inanıldı.

100 il sonra belə, Tutanxamon hadisələri elmi kəşflərin yeni dalğalarına ilham verməyə davam edir.

Egyptian foremen and a boy dismantle a partition wall to open up Tutankhamun's burial chamber

Qeyd olunur ki, onun sahib olduğu xəncərin kosmik meteoritdən düzəldilmiş dəmir bıçaq olduğuna dair yeni təsdiq var.

Onun mumiyası skan edilmiş, üzü rekonstruksiya edilmiş və DNT analizinə məruz qalmışdır. O, kral ailəsində ənənə olan qohum evlilik nəticəsində dünyaya gəldiyi üçün bir sıra genetik pozğunluqlardan əziyyət çəkən zəif, əngəlli bir yeniyetmə kimi təsvir edilmişdir. 18 yaşında isə həyata gözlərini yummuşdur.

Tourists look at the walls of Tutankhamun's burial chamber, in the Valley of the Kings in Luxor, Egypt (4 November 2022)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31