"İndi saytlarda, elanlarda orfoqrafik səhvlər doludur"- ÖZƏL
25 Noyabr 2022 15:53 Mədəniyyət"Dil xalqın varlığıdır, kimliyidir. Dil milliliklə, mənəviyyatla bağlıdır. Hər bir kəs bilməlidir ki, onun dili dünyanın ən seçkin, zəngin dillərindən biridir. Bəzi məsələlərə öz münasibətimi bildirmək istəyirəm. Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi iki ildir ki, fəaliyyət göstərir. Bu müddət ərzində böyük işllər görülüb. Artıq, 5-ci kitab nəşr olunub. Əgər dilimizdə "dil" sözü varsa, nəyə görə "lisan" , qonağa "mehman", qonaq evinə, "mehmanxana" deməliyik?
Olaylar.az xəbər verir ki, bu sözləri akademik Möhsün Nağısoylu deyib.
Xüsusilə gənclər dillərini sevməlidir. 1960-cı illərdə Bakıya gəlmişəm. Ana dilində danışanlara xor baxırdılar. Hamı rusca danışırdı. İndi də gənclər ingilis dilində danışmağa meyil edir. Niyə soyuducuya "xalodennik", danacağa "astanofka", mətbəxə "kuxna" deyirik?
Televiziyada dəfələrlə uje, fso, davay, sumka kimi ifadələr işlədilir. Bunlar qeyri-peşəkarlıqdan irəli gəlir. İndi saytlarda, elanlarda səhvlər doludur.