"Dünya dillərinin Azərbaycan dilini “yeməməsi” üçün öz dilmizi qorumağa borcluyuq"- ÖZƏL

"Monitorinqlərin keçirilməsini dəstəkləyirəm. Dünya dillərinin Azərbaycan dilini "yeməməsi" üçün öz dilmizi qorumağa borcluyuq. Bu, vəzifə və vətəndaşlıq borcumuzdur. Zəngin dilimizi təkcə ənənəvi mətbuat nümayəndələri yox, televiziya, onlayn media nümayəndələri də qorumalıdır. Ana dilimizi qoruya bilən ən böyük vasitələr qəzetlərdir. Bu gün yeddi qəzetin monitorinqinin aparılması göstərir ki, bu çox lazımlı addımdır."

Olaylar.az xəbər verir ki, bu sözləri "Səs" qəzetinin baş redaktoru Bəhruz Quliyev  Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin "Qəzetlərin dili monitorinq aynasında" adlı tədbirdə çıxışı zamanı deyib.

"Nazirlər Kabineti bəzi hallarda özü də qərar verməkdə gecikir.  Məsələn, kompüter sözünü bir neçə formada istifadə etdik qərar verilənə qədər. Qlobal dünyanın bizə verdiyi imkanlardan biri də dilimizi daha zənginləşdirməkdir. Dilimizi zənginləşdirmək gözəldir. Sadəcə Nazirlər Kabineti vaxtında qərar verməyi bacarmalıdır. Biz nə qədər sağlam müzakirələr aparsaq, dilimizin qorunması üçün addım atmış olarıq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31