“Qəzetlərin dili monitorinq aynasında” adlı tədbir keçirilib- ÖZƏL
25 Noyabr 2022 14:35 MədəniyyətOlaylar.az xəbər verir ki, bu gün Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzində "Qəzetlərin dili monitorinq aynasında" adlı tədbir keçirilib. Tədbirdə tanınmış dilçilər, akademiklər, televiziya və qəzet nümayəndələri iştirak ediblər.
Tədbirdə yeddi qəzet üzərində aparılan monitorinqin nəticələri açıqlanıb. Nəticədə qeydə alınmış 2500 dil faktından 1769-u hesabata daxil edilib. Hesabat təqdim edildikdən sonra mətbuat nümayəndələri öz fikirlərini tədbir iştirakçıları ilə bölüşüblər.
Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin direktoru filologiya elmləri doktoru, professor Sevinc Əliyeva monitorinqin tam qərəzsiz olduğunu, monitorinqlərin keçirilmə səbəbinin sadəcə ana dilimizi qorumaq olduğunu açıqlayıb.
İştirakçılara Monitorinq Mərkəzinin çap olunan sayca beşinci kitabı təqdim edilib.
