Qulu Kəngərlinin “Keçmiş unudulmayanda tarixə dönür” kitabının təqdimatı olub - FOTO
23 Noyabr 2022 12:19 MədəniyyətÖzbəkistanın Nəvai Dağ Mədən Kombinatının Cizzak valayətinin dağlıq Zamin rayonundakı sanatoriyasında Özbəkistan Jurnalistlər İttifaqının təşəbbüsü ilə "Milli jurnalistika:ənənələrin davamlığı və müasirlik" mövzusunda ikinci Media Forumu keçirilib.
Media Forumda 50-dən artıq xarici və ölkənin bütün vilayətlərini təmsil edin yerli jurnalistlər iştirak edib.
Müdia Forumun birinci günü Özbəkistan Jurnalistlər İttifaqının rəhbəri Olimjon Usarov iştirakçıları salamlayıb, Yeni Özbəkistan dövründə ölkə jurnalistlərinin qarşısında duran vəzifələrdən danışıb, gənc jurnalistlərin ixtisasının artırılması istiqamətində qarşıda duran vəzifələr haqqında məlumat verib.
Birinci gün Türkiyənin TRT televiziya kanalının Özbəkistandakı ofisinin rəhbəri Nizam Şahin Daşkənddəki nümayəndəliyin həmçinin TRT telekanalının fəaliyyəti haqqında ətraflı məlumat verib, gələcək planlardan danışıb. O həmçinin Türkiyədə jurnallistlərə yaradılan şərait, onların sözün əsil mənasında dördüncü hakimikiyyət funksiyasının yerinə yetirilməsi məsələlərindən söhbət açıb. Sonra Türkiyə jurnalisti jurnalistlərin çoxsaylı suallarına cavab verib.
Müdia Forumun ikinci günü Özbəkistan Jurnalistlər İttifaqı rəhbərinin müavini Abdusattor Bustonov Azərbaycan jurnalisti Qulu Kəngərlini həmçinin Tacikistan və İran jurnalistləri Mirasror Axrorov və Şirəli Avazmetovu iştirakçılara təqdim edib. Onlar öz ölkələrində mətbuatın indiki vəziyyəti haqqında məlumat veriblər.
Sonra Qulu Kəngərlinin bu il Daşkənddə Azərbaycan və özbək dilində çap olunan "Keçmiş unudulmayanda tarixə dönür" adlı publisistik kitabının təqdimatı keçirilib.
Abdusattor Bustonov kitab haqqında məlumat verib, bildirib ki, topluda Mərkəzi Asiyada yaşamş və hazırda yaşayan 50-yə yaxın tanınmış Azərbaycan türkü haqqında söhbət açılır. Qeyd edilib ki, kitabı tanınmış jurnalist və tərcüməçi Rüstəm Cabbarov özbək dilinə çevirib.
Qulu Kəngərli 700 səhifəlik kitab haqqında məlumat verib, deyib ki, topluda adları bizə bəlli olan soydaşlarımızla yanaşı tanımadığımız, heç vaxt eşitmədiyimiz adlar daha çoxdur. Səmərqənd şəhərində yaşayan, sonra İndoneziyaya gedərək orada müsəlmançılığı yayan Mövlana Malik İbrahim, Azərbaycandan gəlib ömrünü Buxara fəlsəfi mühitinə bağlayan Mövlana Yusif Qarabaği, böyük filosof Mirzəcan Şirazi, tacik mətbuatının Zərdabisi, Buxarada çap edilən ilk tacikdilli "Buxarai Şarif" qəzetinin naşiri və redaktoru Mirzə Cəlal Yusifzadə, Avropada tanınmış bəstəkar, Səmərqənddə doğulan, Fransada məşhurlaşan Əminulla Hüseynov (Andre Osseyn), onun oğlu, məşhur fransız aktyor və rejissoru Rüstəm Hüseynov (Rober Osseyn), Pakistanın azərbaycanlı prezidenti, Qızılbaş nəslindən olan Ağa Məhəmməd Yəhya Xan və digərləri bu qəbildəndir.
O qeyd edib ki, "Günahsız günahkarlar" adlı ikinci fəsildə Orta Asiyaya sürgün olunan azərbaycanlılar haqqında söhbət açılır, Özbəkistan, Qazaxıstan, Qırğızıstan və Tacikistanda yüksək vəzifə tutan, sonra sürgün olunan, min bir əzaba düçar olan soydaşlarımızın acı taleyindən bəhs edilir, ALJİR-ə (Акмолинский лагерь жен изменников родины) və Karlaqa (Kaрагандинский лагерь) sürgün edilən günahsız qadınlarımızın acı taleyindən, məşhur Rəfibəylilər nəslindən Qazaxıstana sürgün olunanların həyatından danışılır.
Vurğulanıb ki, tanınmış yazıçı, özbək ədəbiyyatının klassikinə çevrilmiş Maqsud Şeyxzadə, ictimai-siyasi xadim Əli Yusif Yusifzadə, Azərbaycanın və Qazaxıstanın böyük ictimai-siyasi xadimi Əhməd bəy Pepinov, Səmərqənddə ömrünün sonunadək sürgün həyatı yaşayan Qara bəy Qarabəyli, "Qürbətdə günəşi neylərəm" deyə fəryad edən Almas İldırım, Tacikistan KP MK-nın birinci katibi olmuş Mirzə Davud Hüseynov, bu ölkələrdə yüksək vəzifələrdə çalışan Əliheydər Şirvani-Mustafabəyov, Daşkənddə sürgündə olan məşhur xanəndə Cahan Talışinskayanın acı taleyi bu bölmədə işıqlandırılır.
.jpg)
.jpg)
.jpg)

.jpg)