Bakıda daha bir Sammit keçiriləcək
25 Oktyabr 2021 11:42 Mədəniyyət27-29 oktyabr tarixlərində Bakıda Azərbaycan İnvestisiya və Mədəniyyət Sammiti keçiriləcək. "Olaylar" xəbər verir ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi, İslam Əməkdaşlığı Gənclər Forumu (OIC Youth Forum) və KOBİA-nın təşkilatçılığı ilə keçiriləcək sammitdə İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrdən dövlət rəsmiləri, iş adamları, investorlar, startaplar, gənclər təşkilatları, beynəlxalq təşkilatların və diplomatik korpusun nümayəndələri iştirak edəcək. Sammit çərçivəsində müxtəlif panel müzakirələr, təqdimatlar, ikitərəfli görüşlər, startaplar üçün xüsusi proqram, sərgi, mədəni və digər tədbirlər təşkil olunacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31