Gürcüstanda müxalifət qumar oyunları haqqında qanun layihəsinə görə Patriarxlığa müraciət edib – ÖZƏL
12:37 DünyaOlaylar.az xəbər verir ki, "Qaxariya - Gürcüstan naminə" partiyasından olan deputat Qeorqi Şaraşidze "Gürcü Arzusu"nu ölkəni qumar oyunları mərkəzinə çevirməyə cəhd etməkdə ittiham edib. Beynəlxalq qumar turnirlərinin keçirilməsini nəzərdə tutan qanunvericilik dəyişikliklərinin parlamentdə sürətləndirilmiş qaydada müzakirə olunmasını şübhəli adlandıran deputat, bu qanunun qəbulunun qarşısını almaq üçün Gürcüstan Patriarxlığını məsələyə müdaxilə etməyə və öz mövqeyini bildirməyə çağırıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31