Çin: Tayvan ABŞ-ı razı salmaq üçün əsas sənaye sahələrini satır-ÖZƏL

Çin Tayvan hakimiyyətini ABŞ-ın dəstəyini qazanmaq naminə adanın əsas sənaye sahələrini qurban verməkdə ittiham edib. Olaylar.az xəbər verir ki, bu barədə Çin Dövlət Şurasının Tayvan İşləri İdarəsinin sözçüsü Çen Binhua bildirib. Onun sözlərinə görə, Demokratik Tərəqqipərvər Partiyasının hakimiyyəti ABŞ-ın dəstəyi ilə müstəqillik əldə etmək məqsədilə əhalinin maraqlarına zərər vurur.

Çen Binhua qeyd edib ki, bu siyasət Tayvana dəyən zərəri artıracaq və adanın məhvinə doğru prosesi sürətləndirəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31