Həmcinsi ilə evləndiyi deyilən tanınmış aparıcı Səxavət Nur KİMDİR? - FOTO
Tanınmış azərbaycanlı aparıcı Səxavət Nurun Amerikada öz həmcinsi ilə ailə qurduğu deyilir
13 Avqust 2021 18:36 MədəniyyətTanınmış azərbaycanlı aparıcı Səxavət Nurun Amerikada öz həmcinsi ilə ailə qurduğu deyilir.
Aparıcının öz həmcinsi ilə ailə qurması ilə bağlı iddianı unikal.org saytı yayıb.
Bəs aparıcı Səxavət Nur kimdir? Metbuat.az aparıcı haqqında məlumatı təqdim edir.
Səxavət Nurullayev 25 yanvar 1979-cu ildə Qubada anadan olub. 1996-cı ildə Bakıda 109 saylı orta məktəbi bitirib. 2000-ci ildə Təfəkkür universitetinin Hüquq fakültəsindən məzun olub.
1999-cu ildə Burç fm radiosunda dj fəaliyətinə başlayıb.
2001-ci ildə STV (indiki Xəzər TV) telekanalında ilk dəfə teleaparıcılığa başlayıb. Bir müddət "Kokteyl" musiqili-əyləncəli verilişin aparıcısı olub.

Türkiyədə “Dağ komando kursunda” iştirak edən Azərbaycan hərbçilərinin buraxılış mərasimi keçirilib FOTO
2003-cü ildə Lider TV-də yayımlanan "Teletime" intellektual-əyləncəli verilişinə dəvət olunub və 2007-ci ilin may ayına qədər Burç FM-də radioaparıcılıqla yanaşı, "Teletime"-ın aparıcısı olub.
2007-2009-cu illərdə AzTV-nin "Səhər" verilişinin, eləcə də 2007-ci ildə AzTV-də yayımlanan "Muğam Televiziya Müsabiqəsi"-nin aparıcısı olub. Bir sıra kütləvi tədbirlərin və bayramların aparıcılığını edib.
2009-cu ildə Bakıda keçirilən "Beynəlxalq muğam Festivalı"-nın aparıcılarından biri olub.
2008-ci ildə yaradılan Xəzər FM radiosunun rəhbəri kimi fəaliyyət göstərib, həmin radioda yayımlanan bir çox layihələrin müəllifi olub.
2010-cu ildə Xəzər TV-də müəllifi olduğu "Niyə də yox" verilişini hazırlayıb və təqdim edib.
2010-cu ilin avqust ayından etibarən Xəzər TV-də yayımlanan "Nuş olsun" verilişinin aparıcısı olub.
2011-ci ildə Azərbaycan Televiziyasının və Heydər Əliyev Fondunun layihəsi olan "Muğam Televiziya Müsabiqə"sinin aparıcısı kimi faəliyyət göstərib.
2019-2020-ci illərdə REAL TV-nin ABŞ bürosunun müxbiri vəzifəsində çalışıb.