Türkiyədə “Dağ komando kursunda” iştirak edən Azərbaycan hərbçilərinin buraxılış mərasimi keçirilib FOTO

Türkiyənin İsparta şəhərində yerləşən Dağ Komando Məktəbi və Təlim Mərkəzi Komandanlığında iyulun 20-də start götürən “Dağ komando kursunda” Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçuları iştirak ediblər

Türkiyənin İsparta şəhərində yerləşən Dağ Komando Məktəbi və Təlim Mərkəzi Komandanlığında iyulun 20-də start götürən "Dağ komando kursunda" Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçuları iştirak ediblər.

Azərbaycanın Ankaradakı səfirliyindən Olaylar.az-a verilən məlumata görə, avqustun 13-də Dağ Komando Məktəbi və Təlim Mərkəzi Komandanlığında Azərbaycan Ordusunun hərbi qulluqçularının buraxılış mərasimi keçirilib.

Mərasimdə Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı hərbi attaşesi, polkovnik Müşfiq Məmmədov iştirak edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31