Nofəl Süleymanov dəfn edildi - VİDEO
Məşhur gitara ifaçısı Nofəl Süleymanov dəfn olunub.
9 Sentyabr 2020 15:28 MədəniyyətMəşhur gitara ifaçısı Nofəl Süleymanov dəfn olunub.
Olaylar.az xəbər verir ki, bu barədə aşıq Mübariz Camaloğlu məlumat verib. O, musiqiçinin məzarının görüntüsünü "İnstagram"da paylaşaraq, bu sözləri qeyd edib:
"Allah rəhmət etsin. Sən bizim üçün ölməmisən, hər zaman qəlbimizdə yaşayacaqsan, əziz qardaş".
Qeyd edək ki, Nofəl Süleymanov Ağcabədi rayonunda dəfn edilib.
Xatırladaq ki, ifaçı dünən günorta saatlarında Nizami rayonunda yerləşən mənzilində ehtiyatsızlıqdan oğlu tərəfindən ov tüfəngi ilə qətlə yetirilib. //Ölkə.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31