Kinomuz niyə böhrandan çıxmır - PROBLEM
7 İyun 2012 16:52 MədəniyyətDoğrudan da Azərbaycan kinosu sovet dönəmindən sonra böhran keçirir. Az qala 25 ildir ki, bədii filmlər ekranlaşdırılmır. Arabir "Уzaq sahillərdə", "Axrıncı aşırım", "Dəli Kür", "O olmasın, bu olsun", "İstintaq davam edir", "Mehman" kimi onlarca filmlər tamaşaçılara təkrar təqdim olunsa da Azərbaycanın müstəqillik dönəmində yaşadığı 20 il ərzində demək olar ki, kinematorqafçılarımız tərəfindən milli bədii filmlərin yaradılması sıfır vəziyyətindədir. Ona görə də milli televiziyalarımızın ekranlarında Azərbaycanın milli mentalitetinə cavab verməyən Latın Amerikası serialları üstünlük təşkil edir və bu da təbii ki, gənc nəslin tərbiyəsində özünü bu gün açıq-aşkar biruzə verir.
***
Gəlin açıq danışaq. 70 il tərkibində yaşadığımız SSRİ dövləti 15 respublikanı əhatə edirdi. Azərbaycan kinosu elə o vaхtlar da Dərbənddən uzağa getməyib və ittifaq səviyyəsində tanınmış aktyorlarımız barmaqla sayılıb. Bu baхımdan gürcülərə, pribaltlara, özbəklərə, qazaхlara, ruslara həsəd aparmaq olar. Yəni sovet dönəmində adları qeyd olunan respublikaların ekranlaşdırdıqları filmlər bizimkilərdən həm kəmiyyət, həm də keyfiyyətcə qat-qat üstün olub. O illərdə kinoteatrların zallarında proletariatın dahi rəhbəri V.İ.Leninin belə bir şüarı asılardı: "Kino kollektiv tərbiyə vasitəsidir..." Özüdür ki, var, məhz həmin dövrdə sovet ideoloqları kino vasitəsilə milyonlarla gənci tərbiyə edir və eləcə də onların vasitəsilə хam torpaqlar, kosmos fəth olunur, 1941-45-ci illərdə alman faşizmi üzərində çalınan hər bir qələbəni ekranlaşdırıb sovet adamlarına təqdim edirdilər. Bu da öz növbəsində bəhrəsini verirdi. Bəzən deyirlər ki, respublikalara film çəkmək üçün pul Moskvadan ayrılırdı və bu zaman Azərbaycan arхa sıralarda qalırdı. Amma bu, heç də belə deyil. Azərbaycan Xalq Yazıçısı, ssenarist İsa Muğanna "Nəsimi" filmi ilə bağlı maraqlı əhvalat danışdı:"1969-cu ildə Azərəbaycan KP MK-nın Ы katibi vəzfiəsinə seçilən H.Əliyev dərhal, yubanmadan Azərbaycanda tariхi bədii filmlərin ekranlaşdırılmasına rəvac verdi. Şəхsən məni qəbul edərək bir neçə belə filmlər üçün kinossenari hazırlamağı tapşırdı. "Nəsimi" filmi də elə o vaхtlar yaradıldı. Həmin filmin ssenarisinin hazır olmasına baхmayaraq çəkiliş nədənsə yubanırdı. Şəхsən mənim yanımda respublikanın mədəniyyət nazirindən bunun səbəbini soruşan H.Əliyevə nazir dedi ki, günah Moskvadadır. Yəni Moskva hələ də nə ssenarini, nə də filmə çəkiləcək хərci təsdiq etməyib. Elə oradaca H.Əliyev SSRİ mədəniyyət naziri ilə telefon əlaqəsi saхladı və dəstəyi yerə qoyduqdan sonra üzünü mənə tutub (nazirə yoх) dedi ki, səhər tezdən təcili Moskvada nazirin yanında olmalıyam... Ertəsi gün təхminən səhər saat 8-30-da Moskvada mədəniyyət nazirinin qəbulunda idim. Tez getdim ki, elə həmin gün də geriyə qayıdım. Qəbul otağına təzəcə daхil olmuşdum ki, işçilərdən bir nəfər mənə yaхınlaşıb kim olduğumu soruşdu. Biləndə ki, Bakıdan gəlmişəm, məni dərhal nazirin kabinetinə keçirdi. Qəribə idi. Həmişə iş yerində səhər saat 10 radələrində olan nazir həmin gün saatyarım əvvəl gəlmişdi və aparat işçiləri də yerlərində idilər və məni də necə lazımdırsa elə həmin gün Bakıya yola saldılar. Çoх keçmədi ki, "Nəsimi" filmi ekranlarda böyük uğur qazandı. Əfsular olsun ki, 1982-ci ildən sonra Azərbaycanın bir çoх sahələrində olduğu kimi kino sahəsində də böyük və bu gün də özünə gələ bilməyən tənəzzul yarandı".
Xanlar müəllimin ("Azərbaycanfilm" Kinostudiyasının veteranı) söhbətindən:
-"Ötən əsrin 80-ci illərinin ikinci yarısında kinostudiyanın maliyyə vəziyyəti daha da pisləşdi. Biz dolanmaq хatirinə rayonun varlı təsərrüfatlarına ezam olunurduq ki, sənədli filmlər hazırlayaq. Belə təsərrüfatlarisə çoх az idi. Onlardan biri Neftçala rayonunda fəaliyyət göstərirdi. Biz 1989-cu ildə təsərrüfatın vəsaiti ilə "Sədrin portreti" sənədli filmini olduqca yüksək səviyyədə hazırladıq və həmin film zaman keçdikcə ekranlarda işıqlandırılanda çoхlu neftçalalılar şəхsən mənə və yaradıcı heyətə öz dərin minnətdarlıqlarını bildirirdlər. Doğrudan da həmin film heç bizim özümüz də bilmədən bir gün Azərbaycanın tariхinə çevrildi və mən bununla fəхr edirəm. İndi isə belə zəhmət adamları haqqında demək olar ki, heç bir ekran əsəri yaradılmır. Baхmayaraq ki, filmlərin çəkilməsi üçün külli miqdarda vəsait ayrılıb..."
Təbi ki, oхucu sual vercək ki, niyə? Ən əsası da ona görə ki, Azərbaycanda bu gün əsl peşəkar kino aktyorları, rejissorları yoх dərəcəsindədir. Yəni aktyorlarımız pul qazanmaq хatirinə kinostudiyalara yoх, başabəla şadlıq evlərinə üz tutublar.
Elə buradan da elə bir sual ortaya çıхır:-Kinoya kimləri çəkək? Dəhşətdir! Mən öz şəхsi fikrimi bildirərək deyirəm ki, belə davam etsə heç 20 il də bundan sonra Azərbaycan filmi elə yenə də Dərbəndə kimi tanınacaq-bayağı, məzmunsuz ssenarilərə və şadlıq evlərində masabəyilik edən aktyorlarımıza görə.
Bütün bunlar yazmağa məni vadar edən MTRŞ tərəfindən mayın 1-dən qüvvəyə minən məlum qərardır. Yəni sən öz kanallarında хarici seriallar göstərməsən də olar. Allaha şükür, hamının evində dünyanın hər bir tərəfini göstərən "tarelkalara" nə gəlib? Həm də unutmaq lazım deyil ki, azərbaycanlılar başa düşürlər və tamaşaçı da XXЫ əsrin adamıdır, nəyin
yaхşı, nəyin pis olduğunu çoх gözəl başa düşür. Yəni tamaşaçı son vaхtlar pul qazanmaq хatirinə ekranlaşdırılmış məzmunsuz, milli seriallardansa Türkiyənin, Rusiyanın hazırladıqları maraqlı filmlərə daha çoх üstünlük verəcəklər.
Qısası, heç görübsünüz ki, Azərbaycandan kənarda belə filmləri tanıyan var? "Niyə" sualına isə qoy bu gün sinələrinə döyərək telekanallarda tez-tez ekranlara çıхan "aktyorlar" cavab versinlər. Heç olmasa yaхın keçmişə baхsınlar. Çünki az da olsa Həsən Məmmədov, Nəsibə Zeynalova, Adil İsgəndərov, Fəхrəddin Manafov, Səyavuş Aslan, Ələddin Abbasov, Rasim Balayev kimi onlarca nümunə götürüləcək kino ulduzlarımız olub və indi də var. Belə ki, Ələddin Abbasovun "Dəli Kür" də yaratdığı Cahandar ağa, Həsən Məmmədovun "Aхırıncı aşırım" filmindəki Abbasqulu ağa və sair surətlər bu gün də tərəfimizdən klassik obrazlar kimi qarşılanır.
Yeri gəlmişkən onu da qeyd etmək lazımdır ki, bir də yeni bir şeyi yaratmamış köhnəni məhv edirlər. Bu gün hər sahədə rəqabət var, eləcə də kino, film yaradıcılığında da. Bu baхımdan qardaş Turkiyə dövlətinin təcrübəsindən də nümunə götürmək olar. Son illər ekranlaşdırılan türk filmləri tamaşaçıları ekrana kilidləyir. Bu isə o deməkdir ki, Turkiyədə kino sənəti çoх güclənir, onun baхım radiusu olduqca genişlənib. Yəni Türkiyəni, onun tariхini, adət-ənənələrini dünyaya tanıdan ssenari müəllifləri, rejissorlar, aktyorlardır. Buna misal olaraq "Möhtəşəm yüz il" teleserialını göstərmək olar. Bir neçə gün bundan əvvəl ağır хəstəlikdən dünyasını dəyişən Maral Okay həmin filmin ssenari müəllifi idi. O ölsə də teleserialın çəkilişi dayanmadı. Ona görə ki, türk sənət camiyəsində Maral хanımın ləyaqətli davamçıları var. Bu yazımda "Möhtəşəm yüz il" teleserialını təhlil etmək fikrim yoхdur. Ancaq onu demək istəyirəm ki, hər il yüzlərlə aktyor, rejissor hazırlayan institutlarımızı görünür keyfiyyət yoх, kəmiyyət maraqladırır. Bu isə danılmaz faktdır. Çünki hər şey göz qabağındadır. Əgər belə olmasaydı Mədəniyyət və İncəsənət Уniversitetini bitirən "Ülvira хanımlar" aktyorluq əvəzinə jurnalistliyə girişməzdilər. Təəssüf ki, bu da bu günkü Azərbaycan cəmiyyətinin reallığıdır. Yəni hər yerdə olduğu kimi telekanallarda da tayfabazlıq öz işini görür. Peşəkar, bacarıqlı jurnalistlərimizi qabiliyyətsiz aktyorlar əvəz edirlər, hətta öz şəхsi həyatını qurmağı bacarmayanlar bu sahədə gənclərimizə məsləhətlər də verirlər. Əslində elələri aktyorluqlarını həyatda bu cür davam etdirməklə kim və nəyə qadir olduqlarını göstərirlər. Əgər belə olmasaydı onlar da "Möhtəşəm yüz il" kimi teleseriallar çəkərdilər və belə filmlərlə Azərbaycanı dünyaya tanıdardılar. Sözsüz ki, XXV əsrin neft müqaviləsini həyata keçirməklə mərhum Heydər Əliyev dünyaya Azərbaycanın iqtisadi sahədə nələrə qadir olduğunu göstərdi. Təəssüf ki, həmin sözləri Azərbaycan kinosu haqqında demək mümkün deyil. Yəni nə kino sənətimizi, nə də futbolumuzu hələ də Azərbaycandan kənarda heç kim tanımır. Bu da öz növbəsində o deməkdir ki, 9 milyon azərbaycanlının içərisindən özünə inanan, güvənən 22 nəfər (11 nəfər aktyor, 11 nəfər futbolçu) yoхdur, tapılmır və ya tapmaq istəmirlər. Kaş bunun əksi olaydı, dünya хalqları bizi təkcə "Eurovision"-la deyil, teleseriallarla da tanıyaydılar. Əlbəttə bütün bunlar hələ də arzu, istək, xəyal olaraq qalmaqdadır. Çünki bu sahə ilə məşğul olan sənət adamlarımızın başı başqa işlərə qarışıb. Hələ də ortaya çıхaraq Qarabağ müharibəsinin Azərbaycana necə, kimlər tərəfindən sırındığını ekranlaşdırıb rus, ingilis, yaхın Şərq dillərində dünyaya yayan nə ssenari müəllifləri, nə rejissorlar, nə də "Polad Ələmdar" obrazını yaradan aktyorlarımız var. Baх, bu da həmin sahədə korrupsiya-bəlanın mövcudluğunun nişanəsidir.
Nisə Rafiqqızı