Tokioda 6 bal gücündə zəlzələ baş verib
21:46 DünyaYaponiyanın paytaxtında 5,9 bal gücündə zəlzələ baş verib.
Olaylar xəbər verir ki, ölkə miqyasında xəbərdarlıq sistemi işə salınıb.
Tokioda güclü təkanlar təxminən 20 saniyə davam edib.
Ölkənin Milli Meteorologiya Administrasiyasının məlumatına görə, zəlzələnin episentri Tokioda, İbaraki prefekturasında, 70 kilometr dərinlikdə olub. Zəlzələdən dərhal sonra sunami xəbərdarlığı verilsə də, xəbərdarlıq bir neçə dəqiqə sonra ləğv edilib. Yaponiyanın yeddi ballıq şkalasına görə, bu, "mənfi" sunami kimi qiymətləndirilib.
İtki və ya dağıntı barədə məlumat yoxdur. Yaponiyanın nüvə obyektlərində hər hansı fövqəladə vəziyyət barədə də məlumat verilməyib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31