Bakının bu yolları iki gün bağlı olacaq
17:15 ProblemAparılacaq təmir işləri ilə əlaqədar Xətai rayonunun Rövşən Əliyev küçəsinin Babək prospektindən Xocalı prospektinədək olan hissəsində nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq məhdudlaşdırılacaq.
Bu barədə Olaylar.az-a AAYDA-dan məlumat verilib.
Bildirilib ki, məhdudiyyət aşağıdakı vaxtlarda tətbiq ediləcək:
- 24 avqust saat 22:00-dan 25 avqust saat 08:00-dək;
- 25 avqust saat 22:00-dan 26 avqust saat 08:00-dək.
Sürücülərdən qeyd olunan müddətdə alternativ hərəkət istiqamətlərindən istifadə etmələri və aparılan təmir işlərinə anlayışla yanaşmaları xahiş olunur.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31