“Mən dəyərəm min cavana” 70-ci dəfə oynanılacaq

İyulun 6-da saat 19:00-da Azərbaycan Dövlət Akademik Musiqili Teatrında tanınmış bəstəkar, Xalq artisti Faiq Sücəddinov və yazıçı-dramaturq Tamara Vəliyevanın "Mən dəyərəm min cavana” iki hissəli musiqili komediyası 70-ci dəfə nümayış olunacaq.

İyulun 6-da saat 19:00-da Azərbaycan Dövlət Akademik Musiqili Teatrında tanınmış bəstəkar, Xalq artisti Faiq Sücəddinov və yazıçı-dramaturq Tamara Vəliyevanın "Mən dəyərəm min cavana" iki hissəli musiqili komediyası 70-ci dəfə nümayış olunacaq.

Olaylar.az bildirir ki, illər keçməsinə baxmayaraq, tamaşa yenə də öz aktuallığını itirməyib və çox böyük maraqla izlənilir.

Gözlənilməz və maraqlı situasiyalarla zəngin olan bu səhnə əsərinin quruluşçu-rejissoru mərhum Yusif Əkbərov, quruluşçu-dirijoru Əməkdar incəsənət xadimi Nazim Hacıəlibəyov, quruluşçu rəssamı Əməkdar rəssam İsmayıl Məmmədov, quruluşçu-baletmeysterləri Əməkdar artistlər Zakir və Yelena Ağayevlər, dirijoru Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, xormeysteri Əməkdar artist Vaqif Məstanovdur. Tamaşada rolları Xalq artisti, "Şöhrət" ordenli İlham Namiq Kamal, Əməkdar artistlər - Əkbər Əlizadə, Nərgiz Kərimova, Səidə Şərifəliyeva, Nadir Xasıyev, aktyorlar - Elxan İsmayılov, Ülviyyə Əliyeva, Gülçöhrə Abdullayeva, Hüseyn Əlili, Rəsmiyyə Nurməmmədova, Ruslan Mürsəlov, Türkel Tariqpeyma ifa edəcəklər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31