Muğam Mərkəzində  muğamsevərlərə yay hədiyyəsi

Beynəlxalq Muğam Mərkəzi 10 illik fəaliiyyətinin yekun mövsümündə daha bir maraqlı layihə ilə musiqisevərlərin görüşünə gəlir.

Beynəlxalq Muğam Mərkəzi 10 illik fəaliiyyətinin yekun mövsümündə daha bir maraqlı layihə ilə musiqisevərlərin görüşünə gəlir.

Olaylar.az bildirir ki, Beynəlxalq Muğam Mərkəzinin təşkilatçılığı və Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin dəstəyi ilə "Muğam dünyasına səyahət" adlı silsilə konsert proqramları təqdim olunacaq. İyul ayından start götürəcək layihə ilin sonuna kimi davam edəcək. İsti yay günlərində ən gözəl istirahəti milli mədəni irs nümunəmiz və orijinal musiqi mədəniyyətimiz olan Azərbaycan muğamlarının sədaları ilə keçirmək istəyənləri tətil boyu təşkil olunacaq muğam axşamlarına dəvət edirik. Tamaşaçıların estetik zövqünə  və xoş istirahətinə müsbət təsir göstərəcək  konsertlərdə tanınmış muğam ifaçılarımız muğamlarımız, xalq mahnılarımız və təsniflərdən ibarət rəngarəng proqram təqdim edəcəklər. 
Konsertlər Beynəlxalq Muğam Mərkəzinin solistləri, muğam müsabiqələrinin laureatlarının iştirakı ilə Bakı şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Mədəniyyət Mərkəzlərində reallaşacaq. 
İlk konsert iyul ayının 5-də saat 15:00- da Maştağa qəsəbəsində yerləşən H.Abbasov adına Mədəniyyət Mərkəzində keçiriləcək. 
Növbəti konsertlər isə 25 iyul - A.R. Qobustanlı adına Mədəniyyət evi, 9 avqust - Binəqədi Mərkəzi Mədəniyyət evi, 27 avqust - Mərdəkan Mədəniyyət Sarayında reallaşacaq. 
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31