Xalq artistləri barışdıqdan sonra ilk dəfə bir arada

Xalq artisti Səkinə İsmayılova ilə Mələkxanım Əyyubova barışdıqdan sonra ilk dəfə bir araya gəliblər.  Onlar birlikdə "Zaurla Günaydın" verilişinə qatılıblar. Onların birlikdə görünməsi bir çoxlarını təəccübləndirib.

Xalq artisti Səkinə İsmayılova ilə Mələkxanım Əyyubova barışdıqdan sonra ilk dəfə bir araya gəliblər. 

Onlar birlikdə "Zaurla Günaydın" verilişinə qatılıblar. Onların birlikdə görünməsi bir çoxlarını təəccübləndirib.

Aparıcı Zaur Kamal da "5/5" verilişində qonaq olan Əyyubovaya bunla bağlı suallar ünvanlayıb. O, xanəndəyə S.İsmayılova ilə küsmələri və barışmaları haqda suallar ünvanlayıb.

"Evdə bacının bacıyla, anayla da söz-söhbət olur. Biz hər zaman səhnədə bir olmuşuq. Hər zaman adımız qoşa çəkilib. Soyuqluq oldu və keçib getdi" deyə, Mələkxanım söyləyib.

Qeyd edək ki, xanəndələr arasında mübahisə onların münsif olduğu "Muğam" müsabiqəsi zamanı yaşanmışdı. Axşam.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31