Azərbaycan – Fransa birgə arxeoloji tətqiqatlarının 10 illiyi
Azərbaycan – Fransa birgə arxeoloji tətqiqatlarının 10 illiyi
3 İyul 2019 15:38 Mədəniyyətİyulun 4- də YUNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası çərçivəsində Azərbaycan Milli İncəsənət Muzeyində Fransız və Azərbaycan arxeoloji qazıntılarının 10 illiyinə həsr olunmuş sərginin təntənəli açılış mərasimi keçiriləcək.
Olaylar.az bildirir ki, sərginin ekspozisiyasında Fransa və Azərbaycan mütəxəssislərinin respublikanın Tovuz, Ağstafa, Lənkəran, Lerik və Naxçıvan regionlarında apardığı birgə elmi ekspedisiyalarının yekunları nümayiş olunacaq.
Sərginin açılış mərasimində Fransa Respublikasının fövqəladə və səlahiyyətli səfiri xanım Orelia Buşe, xüsusi dəvət olunmuş qonaqlar: sessiyanın nümayəndə heyəti, diplomatik korpusun nümayəndələri, respublikanın dövlət, ictimai və mədəniyyət xadimləri iştirak edəcəklər.