“Klassik Kino Həvəskarları Klubu”nda növbəti görüş keçiriləcək

“Klassik Kino Həvəskarları Klubu”nda növbəti görüş keçiriləcək

UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası  çərçivəsində Nizami Kino  Mərkəzində "Azərbaycan mədəniyyəti ekranı" kino günləri təşkil olunur.

Olaylar.az bildirir ki, iyulun 5-də saat 18:00-da Nizami Kino Mərkəzində "Klassik Kino Həvəskarları Klubu"nda növbəti görüş keçiriləcəkdir. Gecənin moderatoru, Əməkdar İncəsənət Xadimi Ayaz Salayev bu il 130 illik yubileyi qeyd olunan məşhur Amerika və İngiltərə rejissoru, aktyoru, ssenari müəllifi, komediya ustası və bəstəkarı Çarli Çaplinin yaradıcılığı haqqında söhbət açacaq və onun "Müsyö Verdü" (1947) bədii filmi nümayiş olunacaqdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31