“Aypara” muğam qrupu Litvada uğurla çıxış etdi
Litvada Vilnus şəhərində Respublika günü ve diplomatik əlaqələrin yüz illiyində iştirak edən “Aypara” muğam qrupunun üzvləri vətənə dönüblər. Olaylar.az bildirir ki, qrup Litvanın Birshtonas şəhərində keçirilən Şəhər bayramında da ölkəmizi təmsil edib. Birshtonas şəhərində ilk dəfə bayrağımızı dalğalandıran muğam qrupunun üzvlərinin uğurlu çıxışı Azərbaycanın Litvadakı səfiri cənab Tamerlan Qarayev tərəfindən diplomlarla layiq görülüb.
12 İyun 2019 12:07 MədəniyyətLitvada Vilnus şəhərində Respublika günü ve diplomatik əlaqələrin yüz illiyində iştirak edən "Aypara" muğam qrupunun üzvləri vətənə dönüblər.
Olaylar.az bildirir ki, qrup Litvanın Birshtonas şəhərində keçirilən Şəhər bayramında da ölkəmizi təmsil edib. Birshtonas şəhərində ilk dəfə bayrağımızı dalğalandıran muğam qrupunun üzvlərinin uğurlu çıxışı Azərbaycanın Litvadakı səfiri cənab Tamerlan Qarayev tərəfindən diplomlarla layiq görülüb.
Qeyd edək ki, ölkəmizi Litvada xanəndə Gülzar Fərəcova Respublika Muğam Televiziya müsabiqəsinin diplomantıdır. Azərbaycan Milli konservatoriyasının III kurs tələbəsidir və Sumqayıt şəhər Səid Rüstəmov adına uşaq incəsənət məktəbində müəllimə kimi fəaliyyət göstərir.
Tarzən Ədalət Behbudov Respublika və Beynəlxalq müsabiqələr qalibi,Bakı Humanitar Kollecində müəllim vəzifəsində çalışır.
Kamança ifaçısı Pərviz Fərhadov Respublika və Beynəlxalq müsabiqələr qalibidir.Azərbaycan milli konservatoriyasında müəllim vəzifəsində çalışır.