Cəlil Məmmədquluzadənin məşhur əsəri səhnədə - Muğam Mərkəzində

Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələrinin iştirakı ilə Cəlil Məmmədquluzadənin  əsəri əsasında "Danabaşlar" tamaşası nümayiş olunub. Olaylar.az bildirir ki, tədbir  Beynəlxalq Muğam Mərkəzi və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin  birgə "Yeni nəsil dəvət edir" layihəsi çərçivəsində  həyata  keçirilib.

Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələrinin iştirakı ilə Cəlil Məmmədquluzadənin  əsəri əsasında "Danabaşlar" tamaşası nümayiş olunub.

Olaylar.az bildirir ki, tədbir  Beynəlxalq Muğam Mərkəzi və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin  birgə "Yeni nəsil dəvət edir" layihəsi çərçivəsində  həyata  keçirilib.

Tamaşanın quruluşçu rejissoru kurs rəhbəri Əməkdar artist Yaqut Paşazadə, səhnələşdirmənin müəllifi Mir Sahib Ağazadə, kursun səhnə danışığı müəllimi dosent Nadir Hüseynovdur. 

"Danabaşlar" tamaşası Cəlil Məmmədquluzadənin "Danabaş kəndinin əhvalatları", "Danabaş kəndinin məktəbi", "Poçt qutusu" əsərləri və bir neçə felyetonun səhnələşdirməsi əsasında hazırlanmış, səhnənin mərkəzində qara örtü ilə örtülən kitab isə müəllifin "Anamın kitabı" əsərini simvolizə edirdi. 

Tədbirin sonunda tamaşanın quruluşçu rejissoru Əməkdar artist Yaqut Paşazadə bütün iştirakçılara təşəkkürünü bildirərək, Muğam Mərkəzinin rəhbərliyinə yeni nəslə verdikləri dəstəyə görə minnətdarlığını bildirmişdi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31