Azərbaycanlı xanəndənin ifası Cənubi Azərbaycanda izləmə rekordu qırır - VİDEO

Azərbaycanlı xanəndə Tuqay İsmayılovun sosial şəbəkələrdə yer alan  ifası Cənubi Azərbaycanda  izləmə rekordu qırır.

Azərbaycanlı xanəndə Tuqay İsmayılovun sosial şəbəkələrdə yer alan  ifası Cənubi Azərbaycanda  izləmə rekordu qırır.

Olaylar.az bildirir ki, xanəndə sözləri Firdovsi Rəsula məxsus olan "Təkcə mənim olaydım" mahnısını pianoda ifa edib. Tuqay İsmayılovun bu ifası Cənubi Azərbaycanda izləyicilərin böyük marağına səbəb olub. Burada yaşayan soydaşlarımız çoxsaylı izləyiciləri olan səhifələrdə xanəndənin ifasını bəyəndiklərini, onu yaxın günlərdə İranda konsert verməsini xahiş ediblər.

Tuqay İsmayılov öz sosial şəbəkə hesabında Cənubi Azərbaycanda yaşayan soydaşlarımız onu dəstəklədiklərinə görə təşəkkürnü bildirib.

Qeyd edək ki, "Təkcə sənin olaydım" mahnısı mərhum müğənni Məhəbbət Kazımovun repertuarındandır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31