Azərbaycan filmləri 9-cu “Vareş” Beynəlxalq Film Festivalında nümayiş edilib

İran İslam Respublikasının Babol şəhərində 9-cu “Vareş” Beynəlxalq Film Festivalı keçirilib. Olaylar.az bildirir ki,  “Qanadsız möcüzə” qısametrajlı bədii və “Azərbaycan xalçası”, Azərbaycan muğamı”, “Azərbaycan mətbəxi” sənədli filmlərimiz festivalının müsabiqə proqramında iştirak edib və kinosevərlər tərəfindən maraqla qarşılanıb.

İran İslam Respublikasının Babol şəhərində 9-cu "Vareş" Beynəlxalq Film Festivalı keçirilib.

Olaylar.az bildirir ki,  "Qanadsız möcüzə" qısametrajlı bədii və "Azərbaycan xalçası", Azərbaycan muğamı", "Azərbaycan mətbəxi" sənədli filmlərimiz festivalının müsabiqə proqramında iştirak edib və kinosevərlər tərəfindən maraqla qarşılanıb.

Bundan əlavə, "Çovqan", "İz...Qala", "Miras", "Şəki", "O kimdir", "Sovqat", "Bakı əsrlərin aynasında", "Azərbaycan mətbəxinin rəngləri" sənədli filmləri "Azərbaycan proqramı" çərçivəsində festival günlərində İran tamaşaçılarına nümayiş etdirilib.

Festivalda, həmçinin Azərbaycan kinosuna həsr olunan tədbir keçirilib, milli kinomuzun tarixi və bu günü haqqında iştirakçılara, eləcə də İran televiziya kanallarına və KİV-lərinə ətraflı məlumat verilib.

Festivalda ölkəmizi Əməkdar incəsənət xadimi, kinorejissor və operator Nizami Abbas, Mədəniyyət Nazirliyi kinematoqrafiya şöbəsinin əməkdaşı Elşad Əliyev, gənc rejissor Zəhra Mirrza və prodüser Elşən Əliyev təmsil ediblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31