“Cəhənnəm sakinləri” növbəti dəfə nümayiş olundu
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının kollektivi növbəti dəfə “Cəhənnəm sakinləri” tamaşası ilə teatrsevərlərin görüşünə gəlib.
7 May 2019 10:37 MədəniyyətAzərbaycan Dövlət Akademik Milli Dram Teatrının kollektivi növbəti dəfə "Cəhənnəm sakinləri" tamaşası ilə teatrsevərlərin görüşünə gəlib.
Xalq yazıçısı Elçin Əfəndiyevin eyniadlı pyesi əsasında hazırlanan səhnə əsərinin müəllifi, quruluşçu rejissoru və rəssamı Xalq artisti Azər Paşa Nemətov, rejissoru Anar Sadıqov, rejissor assistenti Dilbər İsmayılova, musiqi tərtibatçısı Kamil İsmayılovdur. Tamaşada Azər Dadaşovun musiqisindən istifadə olunub.
Səhnə əsərində Xalq artistləri Məleykə Əsədova, Nurəddin Mehdixanlı, Əməkdar artistlər Elşən Rüstəmov, Mirzə Ağabəyli, aktyorlar Vüsal Mustafayev, Elçin Əfəndi, Ləman İmanova, Rüstəm Rüstəmov, Rada Nəsibova, Ramin Şıxəliyev və Xədicə Novruzlu çıxış ediblər.