"Manifest" təqdim edildi

Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Muzey-Sərgi Kompleksində Arzu Mürvətovanın Böyük Vətən Müharibəsi veteranlarının tariximizdə qoyduğu qəhrəmanlıq izlərini ehtiva edən "Manifest" adlı fərdi sərgisi baş tutub.

Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Muzey-Sərgi Kompleksində Arzu Mürvətovanın Böyük Vətən Müharibəsi veteranlarının tariximizdə qoyduğu qəhrəmanlıq izlərini ehtiva edən "Manifest" adlı fərdi sərgisi baş tutub.

Olaylar.az bildirir ki, sərgidə müharibə veteranlarının gənclik və hal-hazırkı dövrünü əks etdirən 40 foto nümayiş olunub. Sərginin giriş sözü ilə açan müəllif üç ay ərzində Bakı və Sumqayıt şəhərlərində, eləcə də Masallı və Lənkəran rayonlarının bir neçə kəndində çəkilişlər apardığını, 56 qəhrəmanla görüşərək onların həyat hekayələri və müharibə illərinə aid xatirələri ilə yaxından tanış olduğunu qeyd edib. Daha sonra Böyük Vətən Müharibəsi qəhrəmanları Bağırov Məlik, Fərəcov İsmayıl, Xarkovskaya Anna. Nəsirov Əli və digərləri çıxışlarında müharibə illərinə geri qayıdaraq xatirələrini bölüşüb, müəllifə təşəkkür ediblər. Həmçinin Azərbaycan Fotoqrafları Birliyinin sədri Mirnaib Həsənoğlu da öz çıxışında müharibə veteranlarının qəhrəmanlıq izlərini və müəllifin bu mövzuya müraciətinin vacibliyini vurğulayıb.
Sərginin təşkilində "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı, Azərbaycan Fotoqrafları Birliyi, Azərbaycan Dövlət Rəssamlıq Akademiyası, Azərbaycan Rəssamlar İttifaqı və MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi dəstək olub. Qeyd edək ki, sərgi "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin birgə layihəsidir.

Sərgi 10 may tarixinədək Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Muzey-Sərgi Kompleksində nümayiş olunacaq. Həmçinin may ayından 7-dən etibarən Bakı Metropoliteninin "Gənclik" stansiyasında daha geniş formatda sərgilənəcək.

 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31