Soltan Hacıbəyovun 100 illik yubileyi qeyd ediləcək
Mayın 8-də görkəmli Azərbaycan bəstəkarı, SSRİ Xalq artisti, Stalin mükafatı laureatı, Üzeyir Hacıbəyli adına Dövlət mükafatı laureatı, professor Soltan İsmayıl oğlu Hacıbəyovun anadan olmasının 100 illiyi tamam olur. Soltan Hacıbəyovun 100 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 1 aprel 2019-cu il tarixli Sərəncamına əsasən Mədəniyyət Nazirliyi tərəfindən Tədbirlər planı hazırlanmışdır.
6 May 2019 17:00 MədəniyyətMayın 8-də görkəmli Azərbaycan bəstəkarı, SSRİ Xalq artisti, Stalin mükafatı laureatı, Üzeyir Hacıbəyli adına Dövlət mükafatı laureatı, professor Soltan İsmayıl oğlu Hacıbəyovun anadan olmasının 100 illiyi tamam olur.
Soltan Hacıbəyovun 100 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 1 aprel 2019-cu il tarixli Sərəncamına əsasən Mədəniyyət Nazirliyi tərəfindən Tədbirlər planı hazırlanmışdır.
Mayın 7-də, saat 17.00-da Azərbaycan Milli İncəsənət Muzeyində Soltan Hacıbəyovun kamera əsərlərindən ibarət konsert keçiriləcəkdir. Tədbirdə tanınmış pianoçu, Xalq artisti, professor Ülviyyə Hacıbəyova çıxış edəcəkdir.
Mayın 8-də, saat 12.00-da Birinci Fəxri Xiyabanda Soltan Hacıbəyovun doğum günündə musiqi ictimaiyyətinin iştirakı ilə məzarı ziyarət olunacaqdır.