Qurtuluş Gününə konsert həsr olunacaq
Heydər Əliyev Sarayında iyunun 13-də təqdim olunacaq “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən Azərbaycanlıyam!” adlı konsert proqramı təqdim ediləcək.
6 May 2019 15:11 MədəniyyətHeydər Əliyev Sarayında iyunun 13-də təqdim olunacaq "Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən Azərbaycanlıyam!" adlı konsert proqramı təqdim ediləcək.
Olaylar.az bildirir ki, konsert proqramında respublikamızın sevilən və tanınmış sənətkarları Xalq artistləri Flora Kərimova, Mübariz Tağıyev, Aftandil İsrafilov, Faiq Ağayev, Könül Xasıyeva, Əməkdar artistlər Cabir Abdullayev, Bəsti Sevdiyeva, Nuriyyə Hüseynova, Almaz Orucova, Səlim Abbasov, Elza Seyidcahan, tanınmış müğənnilər Nazim Faytonçu, Nərmin Kərimbəyova, Pərviz Bülbülə -Türkan Vəlizadə, Niyam Salami, Aygün İskəndərli, Anara Məmmədova, İlkin Fuad, Elxan Qaraxanoğlu, Murad Sadıx, Aygün Ağayeva, Samirə Əfəndi, Aşıq Namiq Fərhadoğlu və Azərbaycan Dövlət Rəqs Ansamblı iştirak edəcəklər. Konsertin aparıcısı Elcan Rəsulovdur.