“Alovlu Qafqaz” III Uşaq–Gənclərin Folklor Rəqs və Yaradıcılıq Festivalı keçirilib
Abşeron rayon Mədəniyyət Mərkəzində keçirilən festival Abşeron rayon İcra hakimiyyəti, Sumqayıt Regional Mədəniyyət İdarəsi və Abşeron rayon Mədəniyyət Mərkəzinin birgə dəstəyi ilə təşkil olunub.
6 May 2019 15:00 MədəniyyətAbşeron rayon Mədəniyyət Mərkəzində keçirilən festival Abşeron rayon İcra hakimiyyəti, Sumqayıt Regional Mədəniyyət İdarəsi və Abşeron rayon Mədəniyyət Mərkəzinin birgə dəstəyi ilə təşkil olunub.
Olaylar.az bildirir ki, festival iştirakçılarına Azərbaycanı tanıtmaq məqsədi ilə keçirilən festival Quba şəhər Uşaq və Gənclər İnkişaf Mərkəzinin direktoru Ramin Məmmədlinin təşəbbüsü ilə baş tutub.
Festivalda Salomi Mazmishvilinin rəhbərliyi ilə "Mermisi" qrupu (Tbilisi), Ketin Ariashvilinin rəhbərliyi ilə "Assas Fesvebi" qrupu (Tbilisi), Giorgi Aduashvilinin rəhbərliyi ilə "Karveti" qrupu (Qori), Nino Yeinishvilinin rəhbərliyi ilə "Mermisi" (Borjomi) kollektivləri, o cümlədən, Abşeron rayon Mədəniyyət Mərkəzinin, Xırdalan şəhər Onbirillik Musiqi Məktəbinin, Qobu qəsəbə Uşaq İncəsənət məktəbinin və Novxanı kənd Sənətkarlıq klubunun kollektivləri bir-birindən maraqlı rəqs kompozisiyaları nümayiş etdiriblər.
Festival iştirakçılarının çıxışları tamaşaçılar tərəfindən böyük maraq və alqışlarla qarşılanıb.