Xalq artisti solo konserti ilə çıxış etdi - Muğam Mərkəzində

Beynəlxalq Muğam Mərkəzində böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illiyi ilə əlaqdar keçirilən tədbirlər çərçivəsində  Xalq artisti Nəzakət Teymurovanın “Qəlb aynası” adlı solo konserti keçirilib.    

Beynəlxalq Muğam Mərkəzində böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illiyi ilə əlaqdar keçirilən tədbirlər çərçivəsində  Xalq artisti Nəzakət Teymurovanın "Qəlb aynası" adlı solo konserti keçirilib.    

Olaylar.az bildirir ki, tədbiri giriş sözü ilə açan görkəmli ədəbiyyatşünas, tanınmış ictimai xadim, yazıçı, publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü İlqar Fəhmi Nəsimi poeziyasının dərinliyindən danışaraq, Prezident İlham Əliyev tərəfindən 2019-cu ilin ölkədə "Nəsimi ili" elan edilməsini Nəsimi yaradıcılığına verilən yüksək dəyər kimi qiymətləndirərək, bunun ictimaiyyətimiz üçün xüsusi əhəmiyyət kəsb etdiyini bildirdi.

Konsertdə Azərbaycanın Xalq artisti Nəzakət Teymurovanın  ifasında İmadəddin .Nəsiminin "Dilbəra mən səndən ayrı", "Məndə sığar iki cahan",  "Qafil oyan", "Qəlb aynası",  "Yarımı buldum" və digər şerlərinə bəstələnmiş mahnılar və maraqlı musiqi nömrələri  səsləndi.

Müşayiət edirdi Eyvaz Həşimovun (zərb alətləri) bədii rəhbərliyi altında "Hicaz" qrupu  - Əməkdar artist Əliaga Sədiyev (tar), Əməkdar artist Elşən Mansurov (kamança), Elnur Hüseynov (piano),  Azad Yusubov (bass, vocal), Sabir Tarverdiyev (piano).

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31